2017-ci ildə böyük polo üzrə dünya çempionatı Qəbələdə?

«2017-ci ildə böyük polo üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər. Bununla bağlı beynəlxalq federasiyaya təklifimizi vermişik. Ümidvarıq ki, müsbət cavab alacağıq». Allsport.az saytının məlumatına görə, bunu ARAF-ın baş katibi Bəhruz Nəbiyev dedi. Mütəxəssisin sözünə görə, artıq Qəbələdə 2 tam ölçülü arena tikilir:

«Bizim «Polo Vətəninə qayıdır» adlı şüarımız var. Onu proqram şəkildə zaman-zaman həyata keçirmək niyyətindəyik. 2 il bundan öncə paytaxtda «Arena Polo World Cup Azerbaijan» təşkil etdik.

Bu gün isə, qapalı zalda ilk Avropa çempionatına ev sahibliyi edirik. Cövgən milli idman növümüzdür. Ona görə də, onun müasir üslubu olan polonun vətənimizdə yarandığını dünyaya təbliğ, sübut etməliyik.

Polo yarışında Argentinada yetişdirilmiş xüsumi atlardan istifadə edirlər. Tədricən Qarabağ atlarını da bu sıraya qoşmaq istəyirik. Çünki bizim atlar daha dözümlüdürlər. Cənubi Amerika ölkəsinin atları isə 1-2 çukkadan (hissədən) əvəzlənir».

Həmin kateqoriyadan