2012 gün öncə: 2012-ci ildə

Premyer liqasının 2-ci turunun oyunlarından biri Yevlaxda baş tutub. Allsport.az saytı xəbər verir ki, vaxti ilə güclülər dəstəsində “Avtomobilçi” və “Karvan”la təmsil olunan şəhər bu dəfə “Kəpəz”in ev oyununu qəbul edib. Qərblilər öz meydanında “Zirə” ilə görüşüb.

PFL-in məlumatına förə, Yevlaxdakı sonuncu ölkə çempionatı oyunu da məhz “Kəpəz”in ev matçı olub. 2011/12 mövsümündə Gəncə təmsilçisi “İnter”i bu arenada qəbul edib. 2012-ci il fevralın 16-da keçirilən görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Yeganə topu Nizami Hacıyev vurub. 2012-ci ildəki qarşılaşmadan 2012 gün sonra “Kəpəz” yenə paytaxt təmsilçisinə, bu dəfə “Zirə”yə uduzub – 0:3.

Qeyd edək ki, “Kəpəz” – “Zirə” oyunu Yevlaxda keçirilən ümumilikdə 116-cı premyer liqa matçı olub.

 

Həmin kateqoriyadan