2020-ci ildə güllə atıcılığı üzrə dünya kuboku Qəbələdə keçiriləcək

2020-ci ildə Qəbələdə güllə atıcılığı üzrə dünya kubokunun mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla bağlı bu gün Bakı Atıcılıq Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Atıcılıq federasiyasının vitse-prezidenti direktoru Bəyəli Hacıyev və baş katibi Emin Cəfərov iştirak ediblər.

Avqust 1-də Avstriyanın paytaxtı Vyanada Beynəlxalq İdman Atıcılıq Federasiyasının icra komitəsinin toplantısında 2020-ci ilin olimpiya ili olduğu nəzərə alınaraq, dünya kubokları əvvəlki illərdə bu səpkili tədbirlərin təşkilində təcrübəyə və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik olan ölkələrə verilib. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verən iki atıcılıq kompleksin olduğunu və 2014-ci ildən etibarən Azərbaycanda mütamadi keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyədə təşkil olunduğunu nəzərə alaraq, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

Gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın yaydığı məlimata görə,  Azərbaycan 2014-ci ildən etibarən mütamadi olaraq hər il atıcılıq növləri üzrə dünya kuboku, Avropa çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib və bütün bu yarışlar, 2020-ci il dünya kubokunu daxil olmaqla Azərbaycanda atıcılıq idmanının inkişafına xidmət edir və gənc nəsildə bu idmana marağın artmasına səbəb olur. Eyni zamanda, bu yarışlar sayəsində çoxlu xarici komandalar Azərbaycanda təlim-məşq toplanışları keçirməyə qərar verir, bu da öz növbəsində idman turizmin inkişafına gətirib çıxarır. Yalnız 2017-2018-ci illərdə Yaponiya, Avstraliya, Fransa, Qazaxıstan, Bəhreyn, Oman, Səydiyyə Ərəbistanı, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və digər komandalar təlim toplanışları Azərbaycanda keçirblər.

 

 

Həmin kateqoriyadan