2020-ci ilin Ümumdünya Şahmat Olimpiadası “Kainatı birləşdirək” devizi ilə keçiriləcək

Xəbər verdiyimiz kimi, 2020-ci ildə Ümumdünya Şahmat Olimpiadası Xantı-Mansiyskdə keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu haqda qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib. Rusiyanın bu Muxtar Vilayəti artıq 2-ci dəfə bu cür genişmiqyaslı şahmat yarışına ev sahibliyi edəcək. 2010-cu ildə burada keçirilən olimpiadaya dünyanın 149 ölkəsindən gəlmişdilər.

2020-ci il olimpiadası mahalın paytaxtı Yuqrada “Kainatı birləşdirək” devizi ilə təşkil olunacaq. Regionun rəhbəri Natalya Komarova bu barədə Xantı-Mansiyskin “Şahmat Məkkəsi” adına iddiaçı kimi təqdimatı mərasimində məlumat verib. Xatırladaq ki, şahmat olimpiadaları 2 ildə bir dəfə keçirilir.

Növbəti olimpiada 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçiriləcək və ölkəmiz adı çəkilən “ikiilliklər”də mübarizə aparmağı planlaşdırır.

Həmin kateqoriyadan