204 ölkə, 40-a yaxın TV şirkət

Bu gün Avropa liqasının Bakı finalını Azərbaycan daxil olmaqla, dünyanın 204 ölkəsində canlı yayımlanacaq. Allsport.az saytı xəbər verir ki, “Arsenal” və “Çelsi” arasında oyun Avropanın 48 ölkəsində nümayiş olunacaq.

Qitədən kənarda isə 156 ölkənin vətəndaşları görüşə canlı baxa biləcəklər. Avroliqanın final oyununu 40-a yaxın TV şirkəti işıqlandıracaq.

Ölkəmizdə görüşü “CBC Sport” canlı yayımlayacaq. Bakı olimpiya stadionunda keçiriləcək oyun saat 23:00-da start götürəcək.

Həmin kateqoriyadan