Qadın güləşçilərimiz Dünya Kubokuna Kiyevdə hazırlaşır

7-8 martda Sankt-Peterburq şəhərində qadın güləşçilərin Dünya Kuboku keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda iştirak edəcək yığma komandamızın üzvləri təlim-məşq toplanışlarını Kiyevdə davam etdirir.

Millimiz fevralın 20-dən etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıb. Yığma komandanın baş məşqçisi Semyon Çterev və böyük məşqçi Konstantin Konorev təlim-məşq toplanışına 11 güləşçi cəlb edib.

Bunlar Mariya Stadnik (48 kq), Patimat Baqomedova, Anjela Doroqan, Leyla Qurbanova (hər üçü – 53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə, Elis Monolova (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutovadır (75 kq).

Həmin kateqoriyadan