“İnter” və AFFA uşaq-yeniyetmə futbolunun inkişafına birgə səy göstərəcək

Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru təyin olunur.

Allsport.az saytı xəbər verir ki, “İnter”in prezidenti Georgi Nikolov və assosiasiyanın baş katibi Elxan Məmmədov bu məsələ ətrafında fikir mübadiləsi aparıb, uşaq və yeniyetmə futbolunun inkişafına təkan verəcək məlum sahədə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olunması barədə razılığa gəliblər.

“Bankçılar”ın irəli sürdüyü təklifin qəbul olunduğu görüşdə vurğulanıb ki, “İnter”in heyətində fəaliyyət göstərən mütəxəssislər uşaq və yeniyetmə futbolunun inkişafı sahəsində tərəflər arasında faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Həmin kateqoriyadan