23-qat olimpiya çempionu karyerasını rəsmən bitirdiyini elan edib

Əfsanəvi amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu bildirib. Allsport.az saytı xəbər verir ki, bu barədə o özü məlumat verib.

23-qat olimpiya çempionu 4 il öncə də eyni çıxışla diqqət çəkib. Amma sonradan fikrini dəyişib. 31 yaşlı idmançı bu dəfə bir daha üzgüçülüyə qayıtmayacağını açıqlayıb. O, bundan sonra qolf oynayacağını deyib.

Rio-2016-da 5 qızıl və 1 gümüş medal qazanan Maykl Felps karyerası ərzində “dördillik”lərdə 23 qızıl, 3 gümüş və 2 bürünc medala yiyələnib. O, həm də 27-qat dünya çempionu adını daşıyır.

Həmin kateqoriyadan