231-ci futbolçu

Millidə daha 2 futbolçu debüt edib. Allsport.az saytı xəbər verir ki, bunlar “Neftçi”nin müdafiəçisi Anton Krivotsyukla “Sumqayıt”ın yarımmüdafiəçisi Əli Babayevdir. 

Əsas heyətdə yer alaraq 90 dəqiqə oynayan Anton millimizin tarixinə 230-cu, 75-ci dəqiqədə Eddi İsrafilovu əvəzləyən Əli 231-ci futbolçu kimi düşüb. Beləliklə, 1992-ci ilin sentyabrın 17-də ilk matçını keçirən milli komandamızda əvvəlki 247 matçda 229 futbolçu meydana çıxmışdı.

Bunadək millimizdə son debütant millətlər liqasının 5-ci turunun Farer adaları ilə Bakı olimpiya stadionundakı görüşündə 78-ci dəqiqədə Rüfət Dadaşovu əvəzləyən Mirabdulla Abbasov idi.

Həmin kateqoriyadan