24-cü turun hakim təyinatları məlum oldu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 24-cü turun təyinatları açıqlanıb. Allsport.az sizi növbəti turun təyinatları ilə tanış edir.

1-ci divizion
24-cü tur
18 aprel (şənbə)

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Hacıəli Ağayev, Rahil Ramazanov, Mehman Mahmudov, Namiq Bəkirov.
Hakim-inspektor: Ədilxan Hümbətov.
Tovuz şəhər stadionu, 14:00.

“Şuşa Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Vüqar Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Rəhman Tağıyev.
Bakı. “İnter Arena”, 4-cü meydança, 14:00.

“Neftçala” – “Bakılı”
Hakimlər: Xəlil Xəlilov, Habil Əliyev, Maqsud Şıxəliyev, Emil Müsadiq.
Hakim-inspektor: Elşad Ağayev.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu, 16:00.

“Göyəzən” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Kərim Kərimov.
Hakim-inspektor: Salman Vəliyev.
Qazax şəhər stadionu, 16:00.

“Rəvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Azad Mütəllimov.
Bakı. “Bayıl Arena”, 16:00.

“Energetik” – “Şahdağ”
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Kənan Məlikov, Vüsal H. Əliyev.
Hakim-inspektor: Vahid Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00.

19 aprel (bazar)

MOİK – “Mil-Muğan”
Hakimlər: Teymur Fərhadov, Rahin Heybətov, Əli Cəbrayılov, Anar Fərəcov.
Hakim-inspektor: İrina İsgəndərova.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00.

Həmin kateqoriyadan