“Zirve”nin 2-ci mərhələ yarışlarının start vaxtı məlumdur

“Zirve İnternational Sport Clubs”ın 2-ci mərhələ yarışlarına start verilir. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, ilk olaraq Azərbaycan ərazisindəki filiallar arasında zonalar üzrə çempionatlar keçiriləcək.

2-ci mərhələ yarışlarının təqvimi də artıq məlumdur. Belə ki, 21-22 aprel tarixlərində Lənkəran, 24 apreldə Samux, 27 apreldə Neftçala, 28 apreldə isə Abşeron mərhələsi üzrə yarışlar keçiriləcəkdir.

Həmin kateqoriyadan