TAAF-dan Tofiq Heydərova təşəkkür

“Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərovun gördüyü işlər yüksək qiymətləndirilməkdə davam edir. Allsport.az saytı xəbər verir ki, həftə sonu baş vermiş hadisə buna bir daha sübut edib.

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamər Daşpınar azərbaycanlı həmkarı ilə görüşüb. Çox səmimi söhbətdən sonra, təqdimetmə mərasimi olub.

TAAF rəhbəri 16-19 oktyabrda “Zirve İnternational Sport Clubs”a məxsus olan Ankara Altun Axarsu İdman Zalında keçirilmiş usta ağırlıqqaldıranlar arasında Türkiyə çempionatının təşkilində çəkdiyi zəhmətə, verdiyi dəstəyə görə klubumun prezidentinə təşəkkür plaketi verib.

 

Həmin kateqoriyadan