- Baxış sayı: 38
- 23 Aprel 2024 21:00
- Baxış sayı: 30
- Aprel 23, 2024
- 0
“28 Cinema” kinoteatrı Azərbaycan idmanının böyük himayədarı olmuş ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Vaqif Mustafayevin “Patriot” qısametrajlı sənədli filmini nümayiş edəcək. Allsport.az saytı xəbər verir ki, “Patriot” kinorejissorun 2004-cü ildə çəkdiyi və dahi liderə həsr etdiyi 9-cu filmdir.
Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsi barədə bəhs edir. “Patriot” dekabr ayının 12-də saat 11:00 göstəriləcək. Nümayiş pulsuzdur. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.