- Baxış sayı: 21
- 19 Mart 2024 15:29
- Baxış sayı: 77
- Mart 17, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində ev sahibinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin tərəfdarları pirotexniki vasitələrdən istifadə etdiklərinə üçün, klub 800 manat cərimə olunub.
“Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində qonaqların baş məşqçisi Samir Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.