3-qat Avropa çempionu: Bu mövsüm mənə uğurlu oldu

Şüvəlan qəsəbəsində Ağr Atletika Akademiyasının yarış zalında ölkə kubokunda Səbinə Əzimova hamıdan güclü olub. Allsport.az saytı xəbər verir ki, qalib ağıllıqqaldıran sevincini AAAF TV ilə bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdım. Qələbəmdə rolu olan, əziyyət çəkən məşqçilərimə təşəkkür edirəm. Ümumilikdə, 2017-ci il mənim üçün çox uğurlu oldu.

Kosovoda keçirən yeniyetmələr arasında Avropa birinciliyində qızıl medal qazanaraq 3-qat Avropa çempionu tituluna yiyələndim, indi də ölkə kubokunda yaxşı çıxış edərək ilk yerin sahibi oldum”.

Həmin kateqoriyadan