3-qat olimpiya çempionudan AGF-in 1-ci vitse-prezidentinə dəstək

AGF-in 1-ci vitse-prezidenti Namiq Əliyev, güləşdə bütün çəkilərin olimpiya proqramına salınmasına nail olmaq üçün səylərini artıracaq. Allsport.az saytı xəbər verir ki, bu işdə ona Rusiya güləşinin cansı əfsanələrindən olan Buvaysar Saytiyev də dəstək verəcəyini deyib.

3-qat olimpiya çempionu Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvünün təşəbbüsü alşıqlayıb və təsdiqləyib ki, tam vəziyyətdə «dördilliy»ə gedilməsə, qeyri-olimpiya çəkilərində dayanıqlıq yaranacaq. Bu isə, son dövrdə inkişaf istiqamətində qarşısına ciddi məqsədlər qoymuş beynəlxalq təşkilatın işini axsadacaq.

Qeyd edək ki, cari ilin yanvarından etibarən təqvim planı üzrə bütün yarışlar dəyişmiş çəki dərəcələrində keçirilir: sərbəst güləşdə 57, 61, 65, 70, 74, 86, 97, 125 kq, “klassiklər”də 59, 66, 71, 75, 80, 85, 98, 130 kq və qadınlarda 48, 53, 55, 58, 60, 63, 69, 75 kq.

Burada çəkilərin sayı 8-ə çatsa da, Rio Yay Olimpiya Oyunlarında hər növdə 6 çəkidə medallar öz sahibini tapacaq. Belədə, növ sıralamasına müvafiq olaraq güləşçilər 61, 70; 71, 80 vg 55, 60 kq-larda çıxış etməyəcəklər.

Həmin kateqoriyadan