Xorvatiyalı voleybolçu “Lokomotiv”i tərk edib

Bakı “Lokomotiv”ini daha bir voleybolçu tərk edib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı Hana Çutura yaşaması sual altında olan “dəmiryolçular”la rəsmən ayrılaraq, Fransa “Nant” ilə 1 illik anlaşıb.

28 yaşlı hücumçuya qədər, icraçı direktor Xəyal Rəhimov, baş məşqçi Karlo Parisi, voleybolçular Brenda Kastillo, Özgə Qırdar Cəmbərçi, Berit Kauffeldt, Aneta Havlikov və Yaroslava Pencova “Lokomotiv”lə rəsmən vidalaşıblar.

Həmin kateqoriyadan