5-ci işgüzar səfər

UEFA nümayəndələrinin paytaxta səfəri başlayıb. Allsport.az saytı xəbər verir ki, səfər Avropa liqasının Bakı olimpiya stadionunda final oyununa hazırlıqdır. Bu, UEFA nümayəndələrinin sonuncu – 5-ci işgüzar səfəridir.

Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

Həmin kateqoriyadan