Futzal mütəxəssisimiz UEFA seminarında iştirak edir

Moldova paytaxtı Kişinyovda futzalın inkişafına dair UEFA seminarı keçirilir. Allsport.az saytı xəbər verir ki, aprelin 29-da başa çatacaq toplantıda Azərbaycandan da mütəxəssislər iştirak edir.

AFFA-nın təhsil üzrə direktoru Aslan Kərimov, məşqçi kursları üzrə təlimatçı Osman Rəhimov, futzal əlaqələndiricisi Asim Xudiyev, Azərbaycan millisinin məşqçisi Hacıbala Abdullayev və yığmamızın sabiq üzvü İlham Əzizzadə seminara qatılmaq üçün Karpatlara yollanıblar.

Həmin kateqoriyadan