Avrokubokların ən erkən qolu Bakıda vurulub

Avropa kuboklarında ən erkən qolu Bakıda vurulub. Allsport.az saytı xəbər verir ki, bu, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ” və “Slovan” (Çex Respublikası) klubları arasında keçirilən ilk turda qeydə alınıb. 9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qolun müəllifinə çevrilib.

Bunadək Avropa Liqasında ən tez qol 2015-ci il martın 12-də, İspaniyanın “Sevilya” və “Vilyarreal” komandalarının 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin topu yarımmüdafiəçi Viktor Peres vurub.

Çempionlar Liqasında rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsusdur. Niderlandlı forvard 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.

Həmin kateqoriyadan