Sərbəst güləşçilərimiz Dağıstanda güclərini sınayacaq

22-23 oktyabrda Dağıstanda Pekin olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq respublika turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz də iştirak edəcək. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi ilə şimala 12 bahadırımız yollanıb.

Bunlar Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hər üçü – 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (hamısı – 65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (74 kq), Roman Bəkirov (97 kq) və Ömər İsrailovdur (125 kq).

Həmin kateqoriyadan