“Moyzelvits” ilk qələbəsini bayram etdi, Rüfət Dadaşov yenə qol vurdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Moyzelvits” doğma meydanda “RB Leyptsiq” klubunun 2-ci komandası ilə qarşılaşıb.

Qonaqlar bu matçdan qələbə ilə ayrılıblar – 3:0. Futbolçumuzun komandası cari mövsümdə ilk qələbəsini qazanıb. Görüşə start heyətdə başlayan Rüfət yenə 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. 11 turdan sonra “Moyzelvits” 8 xalla 18 komanda arasında 15-ci pillədədir

Həmin kateqoriyadan