- Baxış sayı: 10
- 23 Aprel 2024 15:00
- Baxış sayı: 97
- Aprel 23, 2024
- 0
Azərbaycan milli komandası hələ də Belfastdadır. Allsport.az saytı xəbər verir ki, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən “Boeing 787 dreamliner” təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır. Hava gəmisində çatəşmamazlıq nə zaman aradan qaldırılacağı bilinmir.
Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Şimali İrlandiya paytaxtına göndərilməsi mümkündür. Hələlik, futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadır.
Xatırladaq ki, “ay-ulduzlular”ımız 2018-ci il dünya çempionatının seçmə qrup matçında bu ölkənun millisinə 0:4 hesabı ilə yenilib.