6-cı “Baku open” turniri başlayır

11-12 apreldə 6-cı beynəlxalq “Baku open” turniri keçiriləcək. Allsport.az xəbər verir ki, yarışda karateçilərimizlə birgə Türkiyə, Rusyia, İran, Özbəkistan, Qazaxıstan və Gürcüstandan idmançılar iştirak edəcəklər.

Şənbə günü kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində döyüşəcəklər. Ertəsi gün yeniyetmə və gənclər yarışa qatılacaqlar.

Yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, qızlar isə -47 kq, -54 kq, +54 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar. Gənclərdən oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq, qızlar isə -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışda iştirak edəcəklər.

Turnirin təntənəli açılış mərasimi 11 aprel, saat 17:00-a təyin edilib. Əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçiriləcək. Onlar 40-50 yaş arası və 50 yaşdan yuxarı kateqoriyalarda mübarizə aparacaqlar.

6-cı Beynəlxalq “Baku Open” turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnir federasiyanın saytı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan