5 şahmatçımız şəxsi Avropa çempionatında çıxış edəcək

Mayın 29-da Minskdə kişi şahmatçılar şəxsi Avropa çempionatı başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abbasov və Arkadi Naydiç, təmsil edəcəklər.

Mübarizədə 150-dən çox şətrənc ustası iştirak edəcək. Çempionat İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq. 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda keçiriləcək dünya kubokuna vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan