Ramil Quliyev Avropada “Ayın atleti” seçilib

Avropa Atletika Birliyinin sosial şəbəkələrdə səsvermə yolu ilə keçirdiyi sorguda Türkiyəni təmsil edən azərbaycanlı sprinter Ramil Quliyev qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, həmyerlimiz qitədə “Ayın atleti” mükafatına layiq görülüb.

O, ötən ay Londonda keçirilmiş dünya çempionatında və Birmingemdə “Almaz liqası”nda 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb, Berlində İSTAF oyunlarında 100 metri 2-ci qət edib.

Həmin kateqoriyadan