Mikayıl Cabbarov Qılıncoynatma federasiyasının başına keçib

Bu gün MOK-da Qılıncoynatma federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Allsport.az saytı xəbər verir ki, iclasda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov və prezident administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirak edib.

Toplantıda Mikayıl Cabbarov namizədliyi irəli sürülüb. Sonra açıq seçki keçirilib. Hamı yekdilliklə ona səs verib. Təhsil naziri yanaşı olaraq, Badminton federasiyasına rəhbərlik edir.

Həmin kateqoriyadan