Millimizin voleybolçuları Türkiyə Sultanlar liqasında nə qədər xal toplayıb?

Türkiyə Sultanlar liqasında növbəti turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu “Fənərbağça” rəqib meydanında “Galatasaray”ı 3:1 hesabı ilə məğlub edib. Voleybolçumuz bu oyunda 10 dəfə fərqlənib.

Yığmamızın kapitanının  çıxış etdiyi “Seramiksan” səfərdə “Beşikdaş”a 0:3 uduzub. Odina Bayramova 8 xal yığıb.
Yana Kulanın “Bəylikdüzü” komandası “Bursaspor”a 3:2 qalib gəlib, hücumçumuz hesabına 15 xal yazıb.

Həmin kateqoriyadan