Vyana “Qarabağ”ından 2 titullu yunan-Roma güləşçimizə hədiyyə

Avstriyanın Şərq regional liqasında çıxış edən Vyananın “Qarabağ” klubu 2 titullu yunan-Roma güləşçimizə öz futbol geyimini hədiyyə göndərib.

Allsport.az saytı xəbər verir ki, 2 dəfə olimpiya mükafatçısı, dünya və 2-qat qitə çempionu Rövşən Bayramov və ilk Avropa və 4-cü İslam oyunlarının qalibi, dünya və Avropa çempionatlarının medalçısı Elvin Mürsəliyev Güləş Olimpiya Mərkəzində qırmızı formanı geyinib foto-obyektiv önündə dayanıblar, sonra bunu sosial şəbəkədə paylaşıblar.

Həmin kateqoriyadan