“Neftçi”nin prezidenti klublar komitəsinin yeni sədri seçilib

Klublar komitəsinin bu il üçün sonuncu iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni sədr müəyyənləşib.
Səsvermə nəticəsinə əsasən Orxan Hüseynzadə bu vəzifəni tutub. “Neftçi”nin prezidenti 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.
O, komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AzAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib.

Həmin kateqoriyadan