İsrailli əlbəyaxa döyüş növləri ustadı paytaxtda bizimkilərə təlim keçib

Tanınmış israilli əlbəyaxa döyüş növləri üzrə dövlət təlimatçısı Viktor Rabaev növbəti dəfə Bakıda “Krav Maqa” seminarı keçirib. Allsport.az saytı xəbər verir ki, kata üzrə millinin baş məşqçisi Vahid Ayvazovla birgə keçirilən tədbirdə Real Aykido, qarışıq döyüş növləri, karate və digər sahələrin mütəxəssisləri və idmançılar iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında toplantıda Vahid Rabaev soyuq silahlardan qorunmaq və digər özünü müdafiə fənlərində peşəkar təcrübəsini iştirakçılara çatdırıb. AMKF və Azərbaycan Peşəkar Döyüş Növləri Assosiasiyasının prezidenti Yaşar Bəşirov qonağa minnətdarlığını ifadə edərək onu yenidən Bakıda görməyə məmnun olduğunu deyib. O, bu günkü əlbəyaxa döyüş növləri seminarının Azərbaycan və İsrail dövlətləri arasında dostluq və əməkdaşlığın bir hissəsi kimi dəyərləndirib.

Dəvətə görə təəkkürünü bildirən Vahid Rabaev Bakıda özünü vətəndəki kimi hiss etdiyini, əlbəyaxa döyüş növləri sənətində peşəkar bilikərini hər zaman Azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduğunu deyib. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan