Makedoniyalı Yani Urdinov “qartallar”a qoşulub

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.

26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çex Respublikasının “Bohemians” klubundan icarəyə götürülüb.

Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “qartallar”a məxsusdur.

Həmin kateqoriyadan