“Gənclərbirliyi” böyük hesabla qalib gəldi, futbolçumuz ehtiyatda qaldı

Türkiyə superliqasında 22-ci turun oyunları keçirilir. Allsport.az aytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi “Gənclərbirliyi” Ankarada “Göztəpə” ilə üz-üzə gəlib.

Ev sahibləri bu görüşdən qələbə ilə ayrılıblar (3:0). Futbolçumuz matçı ehtiyat oyunçular skamyasından izləyib.

“Qırmızı-qaralar” 25 xalla 18 iştirakçı arasında 13-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan