Klublar komitəsi yeni sədr seçəcək

Sabah AFFA klublar komitəsinin növbəti iclası keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, toplantı “Bulvar” mehmanxanasında saat 11:00-da başlayacaq. İlin ilk yığıncağında yeni sədr seçiləcək.

KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi.

Həmin kateqoriyadan