Pavel Paşayevli “marallar” liderliyini qoruyub

Ukrayna premyer-liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, yığmamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” səfərdə “Karpatı” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda qalib gəlib (2:1). Həmvətənimiz start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Marallar” 36 xalla elitada qalmaq uğrunda mübarizə aparan 2-ci altılıq klubları arasında 1-ci yerdədir.

Həmin kateqoriyadan