Debütant Erik Ramosu rəsmən təqdim edib

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib. Allsport.az saytı xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1-illik müqavilə bağlanıb.

31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında ölkəmizdə “Neftçi” klubunun uğurları üçün çalışıb.

Həmin kateqoriyadan