Orxan Hüseynzadəyə yeni təyinat

“Neftçi”nin keçmiş prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, Avropa liqasının pley-off mərhələsində avqustun 23-də Ukraynada yerli “Zarya” və Almaniyanın “Leyptsiq” klubları arasında ilk görüşün UEFA nümayəndəsi təyin olunub.

Matç Zaporojyenin “Slavutiç arena”sında saat 20:30-da start götürəcək.

 

Həmin kateqoriyadan