8-ci qış çempionluğu

Premyer liqada qış çempionu bilinib. Allsport.az saytı xəbər verir ki, mövsümün ilk yarısı başa çatmasa da, “Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib.

Buna “ağ-qaralar”ın 13-cü turda səfərdə “Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Bu, flaqmanın Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudu. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Bayraqdardan savayı, “Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.

Həmin kateqoriyadan