8 cüdoçumuzun əmsalı Tokio olimpiadasına yollanmağa imkan verir

Beynəlxalq cüdo federasiyası yeni reytinqi açıqlayıb. Allsport.az saytının məlumatına görə, millinin 7 üzvü dünya sıralamasında ilk 20-likdə yer alıb. Ən yaxşı göstərici Rüstəm Orucova (73 kq) məxsusdur. 2-ci Avropa oyunlarında qazandığı gümüş medal ona əlavə xallar verib (6070).

Onunla eyni çəkidə çıxış edən Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb. Gənc cüdoçunu 5046 xalı var. 100 kq-da da 2 təmsilçimizin mövqeyini onlara Tokio olimpiadasına yolanmağa imkan verir: Elmar Qasımov (3505) 10-cu, Zelim Kotsoyev (2611) 18-cidirlər.

Digər 2 kişi cüdoçumuz siyahıda mövqelərini qoruyublar. Məmmədəli Mehdiyev (90 kq) 4663 xalla 4-cüdürsə, Uşanqi Kokauri (+100) 14-cü yerdədir (3159). Nicat Şıxəlizadə siyahıda (764) 25-ci olsa da, 6 ölkənin təmsilçisi 1-dən artıq olduğundan, o da Tokio oyunlarına fürsət verən ilk 22-liyə düşür.

Qadınlarda yalnız İrina Kindzerska (+78 kq) fərqlənir. O, 5434 xalla 4-cüdür.

Həmin kateqoriyadan