8-qat ölkə çempionu “Boavişta”nın futbolçusu ilə rəsmi müqavilə bağlayıb

“Neftçi” növbəti transfer edib. Allsport.az saytı xəbər verir ki, 8-qat ölkə çempionu yarımmüdafiəçi Emin Mahmudovla mövsümün sonunadək müqavilə bağlayıb.

25 yaşlı futbolçunun 8 nömrəli formanı geyinəcək. Rusiyanın “Saturn” klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu “Boavişta” (Portuqaliya) olub. O, Azərbaycan millisinin üzvüdür.

Həmin kateqoriyadan