“Kimyaçılar” Elvin Məmmədovsuz hazırlaşır

“Kimyaçılar” Topaz premyer liqasının 11-ci turunda “Keşlə” ilə qarşılaşacaq. Allsport.az saytı verir ki, bu gün komanda Nazim Süleymanovun rəhbərliyi ilə “Sumqayıt arena”nın köməkçi meydançasında növbəti məşqinə çıxıb.

Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıqda topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Görüş noyabrın 11-də “Bayıl arena”da saat 19:30-da start götürəcək.

Həmin kateqoriyadan