Tələbələrə futzal üzrə ustad dərsləri

Təhsil nazirliyi, tələbə və milli futbol federasiyalarının təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün futzal üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri olub.

Allsport.az saytı xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələr arasında bu idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir.

Tələbələrin respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər.

Tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə ATU-nun komandası arasında yoldaşlıq oyunu keçirilib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulur.

Həmin kateqoriyadan