Vəli Qasımovun 50 illiyinə yoldaşlıq oyunu

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legionçu həyatı keçirən Vəli Qasımovun 50 illiyinə yoldaşlıq oyunu keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, görüşdə Azərbaycan futbol veteranları vaxtilə yubilyarla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş həmkarları ilə üz-üzə gələcəklər.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Qarşılaşma noyabrın 15-də Bayıl stadionunda keçiriləcək.

1992-ci il Rusiya çempionatının bombardiri olan həmyerlimiz gələn il Bakıda keçiriləcək Avropa liqasının finalının səfiri kimi fəaliyyət göstərir.

Həmin kateqoriyadan