“Alans”da 4 sərbəst güləşçimiz mübarizə aparacaq

7-9 dekabrda Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə “Alans” turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi ilə olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi – 92 kq) və Aslanbəy Alborov (97 kq) yarışda ölkəmizi təmsil edəcək.

Qaliblər 5000, yalnız finalda məğlub olanlar 2000, bürünc medalın sahibləri üçün 1000 dollar pul mükafatına sahib çıxacaqlar.

Həmin kateqoriyadan