9500 manatlıq turnir

20-22 noyabrda Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda daha bir turnir təşkil ediləcək. Allsport.az xəbər verir ki, bu, Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəzi”nin qapalı manejində keçiriləcək konkur növü üzrə “Xəzər Kuboku” adlı CSI1-W kateqoriyalı beynəlxalq yarışdır.

Turnirdə Azərbaycan,Gürcüstan,Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və digər ölkələrindən ümumilikdə 25-ə yaxın idmançı və 50-yə yaxın at iştirak edəcək.Yarışa Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək və ümumi mükafat fondu 9500 AZN təşkil edir.

Həmin kateqoriyadan