AƏFM layihəsi bu dəfə cəbhə bölgəsində

Sentyabrın 28-də Ağdamda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində toplantı olub. Allsport.az saytı xəbər verir ki, AFFA və Ağdam rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, millət vəkilləri Aqil Abbas, Sabir Hacıyev, Ağdamın icra başçısı Vaqif Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Çıxış edən natiqlər layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu qeyd ediblər.

Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb və tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Həmin kateqoriyadan