Abbas Ağalarov turnirində finalçılar müəyyənləşib

Bakıda keçirilən Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclərin beynəlxalq boks turnirində artıq finalçılar müəyyənləşib. Allsport.az xəbər verir ki, ötən gün keçirilən yarımfinal qarşılaşmalarından sonra 4 idmançımız çempionluq görüşünə vəsiqə qazanıb.

Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev qazaxıstanlı rəqibi Sultan Şarşovu məğlub edərək finala yüksəlib. Burada onun rəqibi daha bir Qazaxıstan təmsilçisi Nurbol Sultanbay olacaq. 69 kq-da vuruşan Pərviz Quliyev yarımfinal döyüşündə həmyerlisi Şaiq Məlikovu məğlubiyyətə uğradaraq əsas görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi özbəkistanlı Uluqbey Sabirov olacaq. 75-də mübarizə aparan Rasim Çobanlı finala gedən yolda Hacı Dilbazovu məğlubiyyətə uğradıb. Onun finaldakı rəqibi Türkmənistan idmançısı Nuryağdı Nuryağdıyevdir. 81 kq çəki dərəcəsində mübarzə aparan Elbrus Əkbərov isə yarımfinalda özbəkistanlı Cəmşidcon Abdullayevi məğlub edərək finalda Qazaxıstan boksçusu Bekzat Nurdövlətovla qarşılaşmaq imkanı qazanıb.

Qeyd edək ki, SSRİ-nin əməkdar idman ustası Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi turnirə dekabrın 20-də yekun vurulacaq.

Həmin kateqoriyadan