Abdullah Zubir: Qoldan sonra rəqib azarkeşlərin məni alqışlaması gözlənilməz oldu

Ölkə çempionatının 22-ci turunda “Qarabağ” səfərdə Sumqayıtın eyni adlı komandasına 6:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyunda rəqib müdafiəçiləri aldadıb gözəl qol vuran Abdullah Zubir sevincini belə bölüşüb:

“Böyükhesablı qələbə qazansaq da, bu, asan olmadı. Rəqib ilk hissədə yaxşı mübarizə apardı və yaxşı müdafiə olundu. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra toparlanıb qələbə qazanmaq asan olmur.

Ona görə də bu qələbə bizə daha çox lazım idi. Qoldan sonra rəqib azarkeşlərin məni alqışlaması təbii ki, gözlənilməz oldu. Onlar da qolu mənimlə sevinclə qeyd etdilər. Həmin andan həzz aldım”.

Həmin kateqoriyadan