ABU cavab görüşündə də Belçika klubuna qalib gəldi

Bu gün qadın həndbolçulardan ibarət ABU klubu Çağırış kubokunun 3-cü raundunun cavab görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, dünən paytaxtda keçirilən ilk matçda Belçikanın “Femina Vize” komandasına 26:16 qalib gələn ölkə çempionu, əvəz oyununda da qalib gəlib – 24:20 (12:10).

Bizdən 3 oyunçu məhsuldar olub. İranə Qasımova, Anastasiya Metelska və Yana Qornak hərəyə 5 dəfə fərqləniblər. Görüşü makedoniyalı hakimlər İsmayıl Metalari və Nenad Nikolovski idarə ediblər.

Matçın israilli EHF nümayəndəsi İsaak Hart şəxsi problemi ilə əlaqədar paytaxtımıza gələ bilmədiyindən, Avropa Həndbol Federasiyası bu işi həmyerlimiz İsgəndər Əsgərova həvalə edib.

Həmin kateqoriyadan