AÇ-2016-nın talismanı təqdim olundu

UEFA 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının talismanını rəsmən təqdim edib. Allsport.az xəbər verir ki, final mərhələsi Fransada keçiriləcək turnirin rəmzi talismanı 16 nömrəli futbolkada olan oğlandır.

Talismana ad qoymaqla bağlı müsabiqə davam edir. Müsabiqəyə 3 ad təqdim olunub. UEFA-nın rəsmi saytı vasitəsilə azarkeşlər Driblou, Qoaliks və SuperViktor adları arasında seçim edir.

Qeyd edək ki, AÇ-2016-nın final mərhələsinin matçları Bordo, Lans, Lill, Lion, Marsel, Nitsa, Paris, Sen-Deni, Sent-Etyen və Tuluzada keçiriləcək. İlk dəfə olaraq Avropa çempionatının final mərhələsində 24 yığma iştirak edəcək.

Həmin kateqoriyadan